azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Brüsseldə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqlənməsinə nail olub”

Tarix: 16-12-2021, 17:15

 
Aqiyə Naxçıvanlı:

"Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni geosiyasi və geostrateji reallıqlara əsaslanaraq regionda davamlı sülhə və sabitliyə nail olmaq üçün əhəmiyyətli addımlar atır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın irəli sürdüyü beynəlxalq enerji və logistik layihələr bütün region ölkələrinin, qonşu dövlətlərin inkişafı və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Təbii ki, bütün bu məqamlar regionda maraqlı olan dövlətlərin, beynəlxalq təşkilatların diqqətindən kənarda qalmır. Artıq hər kəs anlayır ki, Cənubi Qafqazda maraqların təmin olunması yalnız və yalnız Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların qəbul edilməsi əsasında baş tuta bilər. O cümlədən dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi görüşün nəticələri də bu prinsipləri özündə ehtiva edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanat tam olaraq Azərbaycanın mövqelərinin dəstəkləndiyini təsdiq edir: "Birmənalı olaraq demək lazındır ki, Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqlənib. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün nəticəsinə dair yaydığı bəyanatda öz əksini tapıb. İlk növbədə belə bir məqama diqqət edək. Azərbaycanın tarixi Qələbəsilə başa çatmış Vətən müharibəsi bitdikdən sonra Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Yəni, Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Həmçinin Bəyanatda Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına və Cənubi Qafqazda sülhün təmin edilməsi üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Əlbəttə ki, bu çağırış da birmənalı olaraq Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qiymətləndirilməlidir. Çünki bu xüsusda Azərbaycanın mövqeyi bəllidir və ölkəmiz sülh və dinc qonşuluq münasibətlərində maraqlı olduğunu hər zaman diqqət mərkəzinə çəkir.”

Həmçinin Aqiyə Naxçıvanlı Brüssel görüşünün Ermənistanın bundan əvvəl imzaladığı bəyanatların bəzi müddəalarına əməl etməkdən boyun qaçırması hallarına son qoyulması və Zəngəzur dəhlizinin açılması yönümündə də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: "Avropa İttifaqı Prezidentinin bəyanatında həmçinin bu məqam da vurğulanır ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Əlbəttə ki, bu məqamda öz öhdəliklərini tam yerinə yetirməkdən boyun qaçıran tərəf Ermənistandır. Brüssel görüşünün mühüm nəticələrindən biri də məhz budur ki, artıq Avropa Birliyi də Ermənistana Azərbaycanla sülh müqaviləsini imzalamaqdan və nəqliyyat-kommunikasiya dəhlizlərini açmaqdan başqa heç bir alternativin olmadığına dair gərəkən mesajları verir. Bəyanatda dəmir yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd olunur ki, bu da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı vurğulanır. Beləliklə, nəqliyyat və kommunikasiyaların açılması şərti Ermənistanın bir qədər əvvəl imzaladığı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlik kimi Brüsseldə də qəbul olundu və bu öhdəlik Ermənistana da bir daha xatırladıldı. Ermənistan məcbur qoyuldu ki, Zəngəzur dəhlizinin açılması və öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Bu da o deməkdir ki, artıq Ermənistanın dəmir yolunun çəkilişinə tezliklə start verməkdən başqa bir yolu yoxdur.”

Aqiyə Naxçıvanlı bu məqamı da qeyd edib ki, Şarl Mişelin öz bəyanatında Avropa İttifaqının münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstəyini ifadə etməsi də Azərbaycanın maraqlarına tam uyğundur: "Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb. Məlumdur ki, Ermənistan tərəfi torpaqlarımızı işğalda saxladığı 30 il müddətində davamlı olaraq ərazilərimizi minalarla çirkləndirib. Azərbaycan erməni terrorunun bu növündən bu gün də əziyyət çəkir. Bu qənaətə gəlmək olar ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə bundan sonra dəstək veriləcək. Eləcə də Şarl Mişelin bəyanatına əsaslanaraq bundan sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən reabilitasiya və rekonstruksiya işlərinə Avropa İttifaqı tərəfindən dəstək veriləcəyi qənaətinə gəlmək mümkündür. Bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir və bir mənalı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti siyasi-diplomatik uğuru kimi qiymətləndirilməlidir.”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 157
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2022    »
BEÇAÇRCACMŞəBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA