azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”

Tarix: 24-05-2021, 16:38

 
Səttar Möhbalıyev:

"Bu gün həqiqətən də bütün dünya bəşər tarixinin ən çətin dövrlərindən birini yaşayır. 2019-cu ildən dünyanı bürümüş COVİD-19 pandemiyası bir tərəfdən indiyədək milyonlara insanın ölümünə səbəb olub, digər tərəfdən isə iqtisadi geriləmələr tənəzzül və qlobal böhrana yol açıb. Diqqətəlayiq haldır ki, məhz belə bir qlobal böhran şəraitində Azərbaycanın mövqeyi bir çox dünya dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən böyük maraq və diqqətlə öyrənilir. Bu barədə mayın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində konkret fikirlər səsləndirilmişdir. Ölkəmizin gələcəyinə dair planları və onların dünya gündəliyinə necə uyğunlaşması ilə əlaqədar Azərbaycan Prezidentinin mülahizələri diqqətlə dinlənilmiş və məhz bu mülahizələrin Cənubi Qafqazda gələcək regional əməkdaşlıq fəaliyyətinin qurulması üçün ən düzgün konsepsiya təşkil edə biləcəyi vurğulanmışdır.” Bu sözləri öz müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.


İlk növbədə Vətən müharibəsinin ən mühüm nəticələrindən biri kimi Cənubi Qafqazda yeni reallıqların yarandığını vurğulayan millət vəkili bildirib ki, məhz bu baxımdan bu regionda inkişaf və əməkdaşlıq perspektivləri bu gün beynəlxalq qurum və təşkilatların müzakirəsinə çıxarılan vacib mövzulardan biri kimi gündəmə gəlib: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirə qurumun həmsədrlərinin dəvətilə qatılan Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışında qeyd etdi ki, bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Məhz bu səbəbdən də regional inkişaf və əməkdaşlıq perspektivləri mövzusunda aparılan müzakirələrdə ölkəmiz əsas kilid nöqtəsi kimi çıxış edir. Möhtərən dövlət başçımızın vurğuladığı kimi, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Dünya ictimaiyyəti, regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar da artıq belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə mümkündür və eyni zamanda da Azərbaycan bu layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur. 30 il davam edən işğal faktı səbəbindən Azərbaycan birmənalı olaraq bəyan etmişdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Buna görə də Ermənistan çox vaxt itirdi və böyük imkanlar əldən verdi. Bu gün Ermənistandakı vəziyyət bu ölkənin müstəqillik qazandığı dövrlə müqayisədə daha ağırdır. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bütün bunlarla yanaşı Azərbaycan Prezidenti yenə də öz insanpərvərlik ruhuna sadiq qalaraq, böyük humanistlik nümayiş etdirir. Ermənistana tarixi bir şansdan yararlanmaq imkanı verilir və əgər qarşı tərəf öz qonşuları ilə münasibətlərini düzgün formatda qura bilsə, o zaman Ermənistan regional layihələrdə iştirak etmək və öz iqtisadiyyatını dirçəltmək üçün unikal imkanlar əldə edə biləcək.”

Daha sonra Səttar Möhbalıyev Prezident İlham Əliyevin ona verilən sualları cavablandırarkən Avropa İttifaqı ilə bağlı səsləndirdiyi fikirlərinin əhəmiyyətini qeyd edərək bunları deyib: "Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi bu müzakirələrin gedişində də ona ünvanlanan sualları tam əhatəli şəkildə, dolğun və net cavablandıraraq tədbir iştirakçılarını maraqlandıran bütün məsələlər barədə konstruktiv fikirlər səsləndirmişdir. O cümlədən Avropa İttifaqının Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda gedən proseslərdə iştirakını yüksək dəyərləndirən dövlət başçımız xüsusi olaraq qeyd edib ki, Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Həqiqətən də Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, kifayət qədər yaxşı və strateji tərəfdaşıq. Həmçinin Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır. Digər tərəfdən də Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra logistik sahədə daha çox imkanlar açılacaq. Bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev bir daha qeyd etdi ki, əgər Ermənistan süni maneələr yaratmasa, Azərbaycanın Ermənistan ərazisindən keçən və ölkəmizi Türkiyə ilə bağlayan ikinci dəmir yolu xəttimiz də ola bilər. Beləliklə, Ermənistan da regional inkişaf proqramının bir hissəsi ola bilər və bu, regionda əlavə təhlükəsizlik imkanlarının yaranmasını şərtləndirər. Əlbəttə ki, bu proseslərin əngəlsiz və konstruktiv əsaslar üzərində davam etməsinə Avropa İttifaqı ölkələri öz böyük töhfələrini verə bilərlər. Gələcək münasibətlərimizn də məhz bu məcrada inkişaf etməsinin qarşılıqlı faydalı olacağını vurğulayan möhtərəm dövlət başçımız bunu da qeyd etdi ki, Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiyə ilə yanaşı, Avropa İttifaqı dünyada aparıcı beynəlxalq iştirakçılardan biridir və dünyanın müxtəlif hissələrində təsir potensialına malik beş aparıcı beynəlxalq iştirakçılar, ölkələr və təsisatlar sırasındadır. Məhz bu səbəbdən də, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha fəal şəkildə davam etməsi məqsədəuyğundur.”


aia.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 489
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2022    »
BEÇAÇRCACMŞəBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA