azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

“MƏN PULUMU SİZDƏN İSTƏYİRƏM, CƏNAB GENERAL” – İş adamı Bəylər Əyyubova müraciət etdi

Tarix: 15-11-2019, 18:00

“MƏN PULUMU SİZDƏN İSTƏYİRƏM, CƏNAB GENERAL” – İş adamı Bəylər Əyyubova müraciət etdiXəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycanda aparılan kadr islahatları çərçivəsində yeni təyin etdiyi məmurları qəbul edərək, onlara öz tapşırıqlarını verir. Ölkə başçısı bu görüşlərin hər birində məmurlar üzərində ictimai nəzarətin vacibliyini bildirərək, vətəndaşlardan "əyri yola gedən rəhbər şəxslər" haqda məlumat verməyi də istəyib.

Redaksiyamıza müraciət edən və adının hələlik saytımızda (qəzetimizdə) çəkilməsini istəməyən iş adamı isə bildirir ki, Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov ölkə başçısının ətrafında olduğu müddətdə İlham Əliyevə məmurların, eləcə də onların qohum-qardaşlarının qanunsuz əməlləri haqda informasiya çatdırmaq qeyri-mümkündür. Bu, yalnız o halda mümkün ola bilər ki, barəsində şikayət olunan məmurun B.Əyyubovla münasibətlərində hansısa problem olsun. Onun fikrincə, bu halda sözügedən şəxs barəsində şişirdilmiş məlumatlar prezidentə daha tez çatdırılır.

İş adamı dediklərinin sübutu olaraq vurğulayır ki, general-polkovnik Bəylər Əyyubovun qardaşı Rafiq Əyyubov və onun biznesini idarə edən Zaman Təhməzovun onun külli miqdarda pulunu mənimsəməsi haqda ölkə başçısına dəfələrlə müraciət etsə də, şikayətinə baxan yoxdur. Bu baxımdan, iş adamı əmindir ki, B.Əyyubov öz qardaşının qanunsuz əməllərini ört-basdır etdiyindən, onun şikayəti ünvanına, yəni prezident İlham Əliyevə çatmır.

Bütün bunları misal göstərən iş adamı düşünür ki, Bəylər Əyubov prezidentin çevrəsində böyük sipər çəkdiyi müddətcə, İlham Əliyevə "əyri yola gedən məmurlar" haqda məlumat vermək qeyri-mümkündür.

Rafiq Əyyubov tərəfindən külli miqdarda pulunun mənimsənildiyini iddia edən iş adamının sözlərinə görə, o, Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışan qardaşına arxalanaraq, ona olan borcunu ödəməkdən imtina edir. Borcunu istədikdə isə, R.Əyyubovun biznesini idarə edən Zaman Təhməzov deyir ki, “get kimə istəyirsən şikayət elə, sənin pulunu verməyəcəyik”.

Bu baxımdan, iş adamı məcbur qalaraq saytımız vasitəsilə Bəylər Əyyubova müraciət edib, qardaşının ona verməli olduğu borcunu general-polkovnikdən istəyir.

Qeyd edək ki, iş adamı başına gətirilən müsbiətlərlə bağlı “Hürriyyət”ə geniş müsahibə verib. Odur ki, növbəti günlərdə Rafiq Əyyubovun ona hansı səbəbədən və nə qədər vəsait borclu olması ilə yanaşı, aşağıdakı suallara da aydınlıq gətirəcəyik:

- Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov öz qardaşının qanunsuz əməllərinə niyə göz yumur?

- Bəylər Əyyubovun qardaşı Rafiq Əyyubovun biznesini idarə edən Zaman Təhməzov kimdir və onun iş adamlarına “qan uddurması” niyə cəzasız qalır?

- Bir çox iş adamından Bəylər Əyyubovun olduğu iddia edilən “Böyük saray”, “Ay işığı” və s. şadlıq sarayları üçün alınan bahalı materialların, dəyəri yüz minlərlə dollar olan xalça və pərdələrin pulunu kimlər və üçün verməkdən imtian edirlər?

- Prezident Administrasiyasında iş adamının şikayətini dinləyən məsul şəxs nə üçün onun məktubunu Bəylər Əyyubova çatdırmaqdan imtina edib?

- Qardaşı Fəqanla birlikdə Rafiq Əyyubovun obyektlərinin tikinti işlərinə baxdığı deyilən Məhiyyəddin Fərzəliyev kimə arxalanaraq, iş adamlarına külli midarda “pul atıb”?

- Yaxud Məhiyyədin Fərziyev nə üçün bütün problemlərin mediaya çıxmasında maraqlıdır və o, bu halda Bəylər Əyyubova nələri açıqlamaq istəyir?

- Bakıda övladı oğurlanan və azad olunması qarşılığında Zaman Təhməzovun ona olan 500 min manata yaxın borcundan imtina etməyə məcbur edilən iş adamı kimdir?

Bu və digər şok sualların cavabını tezliklə “Hürriyyət”də oxuya biləcəksiniz. Bizi izləyin!

Hurriyyet.org


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 372
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2022    »
BEÇAÇRCACMŞəBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA