azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

Əlcəzair prezidenti Makronun təhqirindən sonra Fransa ilə yaxınlaşmaqdan imtina etdi...

Tarix: 8-11-2021, 12:11

Əlcəzair prezidenti Makronun təhqirindən sonra Fransa ilə yaxınlaşmaqdan imtina etdi...

 

Əlcəzair prezidenti Əbdülməcid Tebbun Fransa ilə münasibətlərdəki gərginliyi azaltmaq üçün ilk addımı atmayacağı barədə xəbərdarlıq edib. Şimali Afrika dövlətinin lideri vurğulayıb kiheç bir əlcəzairli prezidentin ölkəsini təhqir edənlərlə əlaqə saxlaması ilə razılaşmaz.

 

Bu barədə Fransanın "Le Parisien” nəşri yazıb. Qəzet xatırladır ki, iki ölkə arasındakı münasibətlərdəki böhran Fransa müstəmləkəçiliyindən əvvəl Əlcəzair millətinin varlığına şübhə ilə yanaşan Emmanuel Makronun açıqlamalarından sonra başlayıb.

 

"Heç bir peşmançılığım yöxdur. Makron köhnə münaqişəni tamamilə mənasız şəkildə canlandırdı”, - deyə "Le Parisien” Əlcəzair prezidenti Əbdülməcid Tebbunun noyabrın 6-da jurnalistlərə verdiyi açıqlamasından sitat gətirib. "Əgər həddindən artıq sağçı polemist Erik Zemmur belə bir şey desəydi, heç kim ona fikir verməzdi. Lakin ölkə başçısı Əlcəzairin müstəqil dövlət olmadığını bəyan edirsə, bu, çox ciddidir. Heç bir əlcəzairli bizi təhqir edənlərlə əlaqə saxlamağımla razılaşmaz”, - deyə o vurğulayıb.

 

Qəzet xatırladır ki, Fransa prezidentinin Əlcəzair müharibəsi veteranlarının nəsil-nəcabəti ilə görüşündə Əlcəzairin dövlətçiliyini şübhə altına alması və keçmiş müstəmləkə hakimiyyətini tarixi yenidən yazmaqda günahlandırması ilə bağlı açıqlamaları Əlcəzairin qəzəbinə səbəb olmuşdu.  Makron 1962-ci ildən sonra Əlcəzair dövlətçiliyinin "xatirə təməli” üzərində qurulduğunu və tarixin yenidən yazılmasının Parislə keçmiş müstəmləkəsi arasında məsafə saxlanmasıyla nəticələndiyini əlavə etmişdi: "Əlcəzairin millət olaraq yaranması izlənilməli bir prosesdir. Fransız müstəmləkəçiliyindən əvvəl Əlcəzair milləti olubmu? Sual budur”.

 

Əbdülməcid Tebbun Makronun dediklərini qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirib. "Bunlar ifrat sağçı jurnalist Erik Zemmurun uzun müddətdir etdiyi çıxışlardır: "Əlcəzair millət deyildi və Fransa onu millət etdi”. Makron bu bəyanatı verməklə müstəmləkəçiliyə haqq qazandıranların tərəfinə keçib”, - deyə Tebbun bildirib.

 

Əlcəzair lideri onu da açıqlayıb ki, hələlik Fransa ilə gərginliyin azaldılması perspektivi yoxdur. "Fransızlar indi Mali və ya Nigerə getmək istəsələr, dörd əvəzinə doqquz saat uçmalıdırlar, lakin yaralıları xilas etmək üçün istisnalar olacaq. Ancaq digər hallarda bizim artıq bir-birimizlə əməkdaşlığa ehtiyacımız yoxdur, indi hər şey bitə bilər”deyə Tebbun Makronu əlcəzairlilərin ləyaqətinə toxunmaqda günahlandırıb.

 Əlcəzair prezidenti Makronun təhqirindən sonra Fransa ilə yaxınlaşmaqdan imtina etdi...

Dünya
Oxunub: 747
07 Nov 2021 | 22:38
Əlcəzair prezidenti Makronun təhqirindən sonra Fransa ilə yaxınlaşmaqdan imtina etdi...

 

Əlcəzair prezidenti Əbdülməcid Tebbun Fransa ilə münasibətlərdəki gərginliyi azaltmaq üçün ilk addımı atmayacağı barədə xəbərdarlıq edib. Şimali Afrika dövlətinin lideri vurğulayıb kiheç bir əlcəzairli prezidentin ölkəsini təhqir edənlərlə əlaqə saxlaması ilə razılaşmaz.

 

Moderator.az biıdirir ki, bu barədə Fransanın "Le Parisien” nəşri yazıb. Qəzet xatırladır ki, iki ölkə arasındakı münasibətlərdəki böhran Fransa müstəmləkəçiliyindən əvvəl Əlcəzair millətinin varlığına şübhə ilə yanaşan Emmanuel Makronun açıqlamalarından sonra başlayıb.

 

"Heç bir peşmançılığım yöxdur. Makron köhnə münaqişəni tamamilə mənasız şəkildə canlandırdı”, - deyə "Le Parisien” Əlcəzair prezidenti Əbdülməcid Tebbunun noyabrın 6-da jurnalistlərə verdiyi açıqlamasından sitat gətirib. "Əgər həddindən artıq sağçı polemist Erik Zemmur belə bir şey desəydi, heç kim ona fikir verməzdi. Lakin ölkə başçısı Əlcəzairin müstəqil dövlət olmadığını bəyan edirsə, bu, çox ciddidir. Heç bir əlcəzairli bizi təhqir edənlərlə əlaqə saxlamağımla razılaşmaz”, - deyə o vurğulayıb.

 

Qəzet xatırladır ki, Fransa prezidentinin Əlcəzair müharibəsi veteranlarının nəsil-nəcabəti ilə görüşündə Əlcəzairin dövlətçiliyini şübhə altına alması və keçmiş müstəmləkə hakimiyyətini tarixi yenidən yazmaqda günahlandırması ilə bağlı açıqlamaları Əlcəzairin qəzəbinə səbəb olmuşdu.  Makron 1962-ci ildən sonra Əlcəzair dövlətçiliyinin "xatirə təməli” üzərində qurulduğunu və tarixin yenidən yazılmasının Parislə keçmiş müstəmləkəsi arasında məsafə saxlanmasıyla nəticələndiyini əlavə etmişdi: "Əlcəzairin millət olaraq yaranması izlənilməli bir prosesdir. Fransız müstəmləkəçiliyindən əvvəl Əlcəzair milləti olubmu? Sual budur”.

 

Əbdülməcid Tebbun Makronun dediklərini qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirib. "Bunlar ifrat sağçı jurnalist Erik Zemmurun uzun müddətdir etdiyi çıxışlardır: "Əlcəzair millət deyildi və Fransa onu millət etdi”. Makron bu bəyanatı verməklə müstəmləkəçiliyə haqq qazandıranların tərəfinə keçib”, - deyə Tebbun bildirib.

 

Əlcəzair lideri onu da açıqlayıb ki, hələlik Fransa ilə gərginliyin azaldılması perspektivi yoxdur. "Fransızlar indi Mali və ya Nigerə getmək istəsələr, dörd əvəzinə doqquz saat uçmalıdırlar, lakin yaralıları xilas etmək üçün istisnalar olacaq. Ancaq digər hallarda bizim artıq bir-birimizlə əməkdaşlığa ehtiyacımız yoxdur, indi hər şey bitə bilər”deyə Tebbun Makronu əlcəzairlilərin ləyaqətinə toxunmaqda günahlandırıb.

 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 171
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2022    »
BEÇAÇRCACMŞəBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA