azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

NATO ilə etibarlı tərəfdaşlıq əlaqələri

Tarix: 20-12-2021, 14:16

 
NATO ilə etibarlı tərəfdaşlıq əlaqələri

Azərbaycan müstəqil olduğu gündən Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurub. Bu şərti bloka aid üzv dövlətlər və onların yaratdıqları qurumlarla əlaqə saxlayıb, əməkdaşlıq edib. Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb. Azərbycanın NATO ilə əməkdşlığı 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Brüsseldə "Sülh naminə Tərəfdaşlı” çərçivə sənədinin imzalanması ilə inkişaf edib və onun 1997-ci il noyabrın 21-də imzaladığı fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub.

Azərbaycanın xarici siyasətində də əsas istiqamətlərdən biri Alyansa inteqrasiyasıdır. Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub, 2002-ci ildən isə assosiativ üvz qəbul edilib.
1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədi imzalanıb. 1997-ci ilin noyabrında NATO əməliyytlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün ölkəmiz SNT-nin Planlaşdırma və Baxış Prosesinə qoşulub.

Prezident İlham Əliyevin NATO-nun mənzil- qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərdə olması əməkdalığın dinamizmini göstərir. Dövlətimizin başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi ilə görüş təşkil etməsi ölkə diplomatiyasının vacib uğurlarındandır. Azərbaycanın Hərbi doktrinasına görə müdafiə siyasətinin vacib müddəalarından biri "təhlükəsizliyin bölünməzliyi” prinsipidir. Bu prinsipin əsası Azərbaycan Respublikasının yerləşdiyi regionun da daxil olduğu Avratlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səylərin dəstəklənməsi, NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın davam etdirilməsidir. Təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında Azərbaycanla NATO arasında əməkdaşlıq münasibətləri düz xətlə inkişaf edir.

Azərbaycan NATO–nun etibarlı tərəfdaşı olduğunu çoxdan sübuta yetirib. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb. 2002-ci ildən etibarən Azərbaycanın 30-dan çox hərbi zabiti NATO-nun mənzil-qərargahında və qurumlarında xidmət edib. Hazırda Azərbaycan ordusunun zabitləri NATO-nun mənzil-qərargahında (Brüssel, Belçika) və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində (Mons, Belçika) hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə xidmət edir. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməranlı qoşunların tərkibində iştirak edib.

2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan ordusunun sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılmışdı. 2017-2020-ci illərdə Azərbaycan NATO-Rusiya arasında yüksək vəzifəli hərbiçilərin yeddi görüşünə ev sahibliyi edib.

Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm, təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir. 2008-ci ildən etibarən, təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görüb. Beynəlxalq əməkdaşlıq sahəsində uyarlığın və əməkdaşlığın əldə olunmasında əhəmiyyətli rol oynayan xarici dillərin tədrisinin təkmilləşdirilməsində proqramın xüsusi əhəmiyyətini qeyd etmək olar. 2008-ci ildən fəaliyyətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında başlayan proqram 2018-ci ildən etibarən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin də pedaqoji heyətinin təkmilləşdirilməsi, kurikulumlarının müasir standartlara uyğunlaşdırılması və digər istiqamətlərdə tətbiq olunur. XXI əsrin ən səmərəli təhsil formalarından biri olan distant təhsil proqramı Azərbaycan Ordusunda daha çox şəxsi heyətin təhsilə cəlb olunmasına, təhsilin fasiləsizlik prinsipinə əməl olunmasına və resursların qənaət olunmasına xidmət edir.

Dünyaxanım Məmmədova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 269
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2022    »
BEÇAÇRCACMŞəBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA