azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

Kamaləddin Qafarov: “Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir”

Tarix: 17-12-2021, 12:11


Kamaləddin Qafarov:

"Məlum olduğu kimi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqlar post-müharibə dövründə bütün region ölkləri və qonşu dövlətlər üçün yeni iqtisadi inkişaf istiqamətləri açıb. Bu reallıqlar zəminində Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin daha etibarlı formada həyata keçirilməsi imkanları yaranıb. Lakin bütün bu imkanların reallaşması yalnız regionda dayanıqlı sülhün və təhlükəsizliyin mövcud olacağı halda mümkündür. Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrdə fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Hazırda Azərbaycan öz ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışmalar həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Həyata keçirilən yeni logistik layihələr isə təbii ki, bütün Avrasiya məkanı üçün vacib əhəmiyyət kəsb edəcək və iştirakçı ölklərin hər birinin qarşısında yeni inkişaf perspektivləri açacaq. Hadisələrin gedişi bunu deməyə əsas verir ki, artıq Avropa Birliyi ölkələri də Azərbaycanın müəllifi olduğu bütün bu reallıqları obyektiv qiymətləndirmək və qəbul etməkdə qərarlıdırlar. Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi görüşün nəticələri də bunu təsdiq edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, bütün bu məsələlərin vacibliyi Brüssel görüşünün gedişində qeyd olunub, Azərbaycanın istər Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması, istərsə də Avropa ölkələrinin enerji təhlükəsizliyinin gücləndirilməsi işinə verdiyi töhfələr yüksək qiymətləndirilib: "Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların Avropa Birliyi tərəfindən qəbul olunduğunun bariz göstəricisidir. Brüssel görüşündə bir sıra vacib məsələlər müzakirə olunub. O cümlədən, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyantda Azərbaycanın haqlı mövqeyi təsdiq olunub və dəstəklənib. Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu bəyanat Azərbaycanın mövqeyinə tam uyğundur və o anlama gəlir ki, Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Bu bəyanat eyni zamanda Ermənistana bir mesajdır ki, artıq Ermənistan öz revanşist iddialarından ələ çəkməli və Azərbaycana qarşı hər hansı təxribatlara yol verməməlidir. Sözsüz ki, bu, Azərbaycanın növbəti siyasi uğurudur. Artıq Ermənistana digər məsələlər üçün açar qismində çıxış edən demarkasiya və delimitasiya məsələsinin vaxt itirmədən həll olunması üçün hərtərəfli təzyiq mövcuddur. Başqa sözlə desək, bu bəyanat Azərbaycanın yaratdığı reallıqlarla barışmaqdan başqa heç bir seçiminin olmadığına dair Ermənistana ünvünlanmış bir mesajdır. Bütün bu məqamlar birmənalı şəkildə göstərir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin növbəti diplomatik qələbəsidir.”

Kamaləddin Qafarov qeyd edib ki, Şarl Mişelin bəyanatında Avropa İttifaqının münaqişədən əziyyət çəkmiş insanlara, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə dəstəyinin əks olunması da Azərbaycanın mövqelərini gücləndirən amillərdən biridir: "Diqqətəlayiq məqamlardan biri də budur ki, Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Məlumdur ki, Ermənistan tərəfi torpaqlarımızı işğalda saxladığı 30 il müddətində davamlı olaraq ərazilərimizi minalarla çirkləndirib. Azərbaycan erməni terrorunun bu növündən bu gün də əziyyət çəkir. Belə qənaətə gəlmək olar ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə bundan sonra dəstək veriləcək. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi də vurğulanıb. Eləcə də Şarl Mişelin bəyanatına əsaslanaraq bundan sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən reabilitasiya və rekonstruksiya işlərinə Avropa İttifaqı tərəfindən dəstək veriləcəyi qənaətinə gəlmək mümkündür. Bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir. Şarl Mişelin yaydığı bəyanatda kommunikasiyaların açılması məsələsinin vacibliyi də xüsusi olaraq qeyd olunur ki, bu da ilk növbədə Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Nəqliyyat və kommunikasiyaların açılması şərti Ermənistanın bir qədər əvvəl imzaladığı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlik kimi Brüsseldə də qəbul olunub və bu öhdəlik Ermənistana da bir daha xatırladılıb. Ermənistan məcbur edildi ki, Zəngəzur dəhlizinin açılması və öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etsin. Ermənistanın dəmir yolunun çəkilişinə tezliklə start verməkdən başqa heç bir yolu yoxdur. Beləliklə, məhz bu məqamlara görə Brüssel görüşünü birmənalı olaraq Azərbaycanın yaratdığı yeni reallıqların Avropa Birliyi tərəfindən qəbul olunduğunun bariz göstəricisi kimi qiymətləndirmək lazımdır.”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 148
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2022    »
BEÇAÇRCACMŞəBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA