azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

Səttar Möhbalıyev: “Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq”

Tarix: 30-11-2021, 16:49

 
Səttar Möhbalıyev:



"Azərbaycan təmsil olunduğu beynəlxalq və regionla təşkilatların işində fəal iştirak edir, mühüm töhfələrini verir. Dünya dövlətləri də etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər. Bu gün ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artmaqdadır və bu istiqamətdə nəhəng layihələr icra olunur. Azərbaycanın fəal təmsil olunduğu regional subyektlərdən biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). Ölkəmiz təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. 2006 və 2012-ci illərdə İƏT-in Zirvə Toplantıları Bakıda təşkil olunub. Bu tədbirlərdə üzv dövlətlər arasında sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsiplərini, regional münasibətlərin perspektivlərini müəyyən edən mühüm qərarlar qəbul olunub. Həmçinin Azərbaycan üzv dövlətlərlə ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə aktiv əməkdaşlıq edir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

AHİK sədri bildirib ki, noyabrın 28-də Aşqabadda keçirilən İƏT-in XV Zirvə Toplantısı bir sıra məqamları ilə yaddaqalan oldu: "Tədbirdə çıxış edən Prezident İlham Əliyev üzv dövlətlərlə həm çoxtərəfli, həm də ikitərəfli müstəvidə faydalı əməkdaşlıqdan, eləcə də ölkəmizin iqtisadi potensialından bəhs edib. Aydın şəkildə görünür ki, məqsədyönlü, effektli islahatlar nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişafa nail olunub. Bunu nüfuzlu beynəlxalq qurumların reytinqləri də təsdiqləyir. Belə ki, Dünya Bankının ötən il açıqladığı "Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yeri tutub, bu da kifayət qədər yüksək göstəricidir. Həmçinin Dünya Bankı Azərbaycanı 10 ən islahatçı ölkə sırasına daxil edib. Bununla yanaşı, Davos İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra sahələr üzrə öncül yerlərdədir. Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pillədə qərarlaşıb. Bütün dünyanı bürüyən və ağır iqtisadi fəsadlar törədən pandemiya şəraitində bu cür dayanıqlı iqtisadiyyata sahib olmaq ölkəmizin iqtisadi qüdrətini göstərir”.

S.Möhbalıyevin sözlərinə görə, pandemiya ilə mübarizə şəraitində Azərbaycanın sərgilədiyi mövqe və qlobal xarakterli təklifləri, bu istiqamətdə neqativ məqamları gündəmə gətirməsi bir daha ölkəmizin etibarlı və məsuliyyətli dövlət olduğunu göstərdi: "Təkcə bunu qeyd etmək kifayət edər ki, ilk gündən Azərbaycan "peyvənd millətçiliyi”nə qəti şəkildə etiraz etdi, bütün ölkələr üçün bərabər imkanların təmin olunmasına çalışdı. Baxmayaraq ki, ölkəmiz peyvəndləməyə başlayan ilk ölkələrdən biri olub və bu proses pulsuz həyata keçirilir”.

"Ermənistanın uzun illər davam edən işğal siyasətinin mənfi nəticələri region dövlətlərinə də təsirsiz ötüşmürdü. Bunu bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar daha aydın göstərir. Bu istiqamətdə Azərbaycanın irəli sürdüyü layihələrin miqyası göstərir ki, region dövlətləri, o cümlədən İƏT-ə üzv dövlətlər də bundan faydalanacaqlar. Həmçinin açılması şübhə doğurmayan Zəngəzur dəhlizi region dövlətləri üçün daha əhəmiyyətli görünür”, - Milli Məclisin deputatı əlavə edib
 
 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 115
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2022    »
BEÇAÇRCACMŞəBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA