azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

Səttar Möhbalıyev: “Prezident İlham Əliyev türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına və təşkilatlanmasına mühüm töhfələr verib”

Tarix: 16-11-2021, 13:01

 
Səttar Möhbalıyev:

"Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının fəaliyyətinə verilən ali qiymətdir. Bu, onun gördüyü işlərin, həyata keçirdiyi effektli siyasətin strateji xarakterini və beynəlxalq miqyasını göstərir. Qürurla deyə bilərik ki, Prezident İlham Əliyev türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatlanmasına, fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Onun qurumun həyatında gördüyü faydalı işlər üzv dövlətlər tərəfindən həmişə təqdir olunur və yüksək qiymətləndirilir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunması Azərbaycanın həm türk dövlətləri içərisində, həm də beynəlxalq aləmdə nüfuzunu xeyli artırıb: "Tədbirdə Vətən müharibəsindəki tarixi qələbə və onun nəticələri ilə bağlı səslənən fikirlər bir daha Azərbaycanın regiona gətirdiyi yeni reallığın əhəmiyyətini əks etdirir. Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq bütün türk dünyası üçün önəmlidir. Qələbə nəticəsində türk dövlətlərini əlaqələndirən fiziki bağların bərpa edilməsi üçün əlverişli şərait yaradılıb. Zəngəzur dəhlizi türk dövlətlərini, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək mühüm layihədir. Həmçinin Azərbaycan regionda firavanlıq, əmin-amanlıq, sülh və sabitlik vəd edən yeni şərait formalaşdırıb. Bundan başqa, dünya düzənini pozan və sabitliyə təhlükə yaradan separatizmə tutarlı cavab verilib”.

Milli Məclisin deputatı qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü bir sıra vacib qərarlarla əlamətdar oldu: "Qurumun Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması, Türkmənistana müşahidəçi statusunun verilməsi, "Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi və digər təşkilati məsələlərlə bağlı vacib qərarlar təşkilatın artan nüfuzunu göstərir. Artıq Türk Dövlətləri Təşkilatı böyük perspektivlər vəd edən, dünya siyasətində mühüm rol oynayan beynəlxalq təşkilat funksiyasını yerinə yetirməkdədir. Təşkilat türk xalqları arasında vahid birliyin güclənməsinə, siyasi, iqtisadi və ticari əlaqələrin möhkəmlənməsinə, investisiya imkanlarının genişlənməsinə, qarşılıqlı etimadın və faydalı əməkdaşlığın inkişafına bundan sonra da hərtərəfli şərait yaradacaq”,


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 82
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2022    »
BEÇAÇRCACMŞəBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA