azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

“Dəmir yumruq sanki atom bombasından da güclü bir partlayış verdi və bütün dünya silkələndi...”

Tarix: 28-09-2021, 13:10


 

"Bu gün Azərbaycan milli tarxində çox unudulmaz bir gündür. Zəfər yoluna gedən yolun ilk addımı bu gündən başlayır. Ötən ilin bu günü hamımız həyəcan içində illərlə gözlədiyimiz bir günə qədəm qoymuşduq. Sonra günlər, həftələr keçdi və 44 günün tamamında Qarabağımız, Şuşamız işğaldan azad olundu, ürəyimiz yerinə gəldi. Dəmir yumruq sanki atom bombasından da güclü bir partlayış verdi və bütün dünya silkələndi. Bütün dünya gördü ki, Azərbaycanın yumruğu hansı gücdədir”

 

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. M.Qasımlı Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın torpaqlarımızı işğaldan azad etdiyini bildirib: 

 

"Azərbaycanın torpaqlarını şəhidlərimiz, qazilərimiz Ali Baş Komandan başda olmaqla işğaldan azad etməyi bacardılar. Hər günümüz, saatımız böyük bir həyəcan içində oldu. Hər gün Prezidentin çıxışını gözləyirdik, ondan həm güc alırdıq, həm də bütün  ruhumuzla ona ürək-dirək verməyə çalışırdıq. Allah şəhidlərimizə min rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yüz minlərlə Azərbaycan əsgəri Qarabağı yenidən Azərbaycanın vətəni halına gətirdi, birləşdirdi. Biz nağılın gerçəkliyini gözümüzlə gördük. Əslində 44 gündə nəhəng bir işi gerçəkləşdirmək sıradan iş deyildi. Bu doğrudan da möcüzəli bir iş idi. Amma onu Azərbaycan ordusu, dövləti gerçək bir nağıla çevirdi.

 

Bu gün şübhəsiz ki, şəhidlərimizin anım günü olaraq hamımızın təkcə bir dəqiqə yox, saatlarla və bütün gün ərzində ayaqda dimdik durduğumuz bir gündür. Bununla belə bizə qürur gətirən 44 günlük zəfər yolunun ilk günü kimi qeyri-adi bir gündür. Düşünürəm ki, bu illər və on illər, qərinələr boyu çox unudulmaz bir gün olacaq. 

 

Biz Aşıqlar Birliyi olaraq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Dövlət Televiziyasında ayrıca verilişlər təqdim etdik. Hər həftə bir saatlıq "Qarabağ meydanı, Koroğlu meydanı” adlı verilişimiz oldu. Onu disk şəklində də təqdim etdik. Bu yeddi saatlıq bir verilişdir. Bu verilişdə əlli nəfərdən çox aşıq ifa edib. Bu ifalarda Koroğlu nərəsi, çağırışı, Azərbaycanın yenilməzliyi hər an səslənirdi. Ali Baş Komandanın vahid bir birlik içində Azərbaycan gerçəkliyini dünyaya sübut etməsini aşıqların ifası göstərdi. Beləliklə biz bu müddəti Qarabağ, meydan, zəfər  dastanı halına gətirə bildik. Bu dastanı da gerçəkləşdirən Ali Baş Komandan, müzəffər ordumuz və dövlətimiz oldu. Qoy şəhidlərimizin ruhu şad olsun. Şübhəsiz ki, onlar bizim üçün diridir, canlıdır. Onların yolunu davam etdirən qazilər də, bizlər də bütün varlığımızla Qarabağımızın bütövlüyünü təmin etməyə həmişə hazırıq. Zəfər yürüşümüz və dəmir yumruq hər məqamda öz gücündədir. Bu gün Prezidentimiz xalqa müraciət etdi. Onun səsindəki ötkəmlik, qürur və xalqın ruhunu ifadə edən bütün məqamlar hamımızın ürəyindən oldu. Bu səbəbdən də bu gün özünü vətən yolunda qurban edənlərin bir xatırlatma günüdür, həm də irəliyə doğru addımlamağın bir qürur məqamıdır ki, Azərbaycan dövlətinin tarixi birliyini, bütövlüyünü bu addımlar yüksəklərə qaldırdı. İnşallah həmişə gözəl günlər olsun və zəfərə gedən addımlarımız mətin və qeyrətli davam eləsin”.

 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 86
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2022    »
BEÇAÇRCACMŞəBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA