azernews.tv

SON DƏQİQƏ

14:21 - Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi - FOTO

14:13 - Pelosinin Tayvana səfərə başa çatdı - YENİLƏNİB + VİDEO

09:51 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL

12:09 - Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

13:54 - Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

12:06 - Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

13:55 - Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

13:57 - Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır”

12:04 - Kamaləddin Qafarov: “Prezidentimizin sosial yönümlü Fərman və Sərəncamları əhalinin bütün təbəqələrini əhatə edir”

16:35 - Qol Güləşi idman növü üzrə Ölkə Kuboku yarışı keçirilib

11:31 - Son 18 ildə qazanılmış uğurlarmızın ideya müəllifi və arxitektoru

21:55 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

18:52 - AHİK-də “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda tədbir keçirilib

16:48 - Kamaləddin Qafarov: “Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər”

13:38 - Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

Saleh Məmmədovun növbəti “şərləmə əməliyyatı” –AAYDA-dan misli görünməmiş özbaşınalıq – Araşdırma

Tarix: 24-09-2019, 20:33

Saleh Məmmədovun növbəti “şərləmə əməliyyatı” –AAYDA-dan misli görünməmiş özbaşınalıq – Araşdırma

Stimulxəbər.az: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov müəmmalı gedişləri ilə cəmiyyəti təəccübləndirməkdə davam edir. Araşdırmalarımız, müşahidələrimiz və təhlillərimiz onu deməyə əsas verir ki, Saleh Məmmədovun xarakterindəki müəyyən xüsusiyyətlər dəyişilməz olaraq qalacaqdır. Dediklərimizi sübuta yetirmək üçün bir neçə faktlara müraciət edək. Dəyərli oxucularımız xatırlayırsa Saleh Məmmədov “hakimiyyəti”nin ilk illərində Mikayıl Müşfiqin heykəlini darmadağın edərkən gündəmə gəldi. Ictimai qınaq o həddə çatdı ki, Prezident İlham Əliyev baş verənlərə müdaxilə edərək, rəhmətlik Mikayıl Müşfiqin “pozulmuş hüquqları”nı bərpa etdi. Eyni zamanda baş verənlərlə bağlı təqsirli olanların mühakiməsi tələb olundu. Bax bu zaman Saleh Məmmədov “orijinal” bir addım atdı. Heç nədən xəbəri olmayan biçarə iş icraçısı və fəhlələr cəzalandırıldı. Bu hadisəyə görə birbaşa məsuliyyət daşıyan Saleh Məmmədov və ətrafı isə “sudan quru çıxdı”. Müşfiqi “Muşviq” kimi oxuyan və qəbul edən AAYDA rəsmiləri problem ictimailəşərkən yol nişanında olan xətaları yenə də sıravi işçilərin üstünə atdılar. Xatırladaq ki, bu hadisə baş verərkən Prezident İlham Əliyev həmin müddəti “Mikayıl Müşfiq ili” kimi elan etmişdi. Baş verənlərdən bir müddət sonra Saleh Məmmədov Xaçmaz rayonunda görüş keçirərkən kənd camaatına inəkləri, bəslədikləri mal-qaranı tövlələrdə saxlamağı tövsiyyə etməklə gündəmə gəldi. Əlavə olaraq onu da bildirək ki, bu günə qədər ölkə mətbuatında AAYDA-da tüğyan edən korrupsiya və rüşvət faktları barədə mətbuatda gedən informasiyaların heç biri təzkib olunmayıb.

Saleh Məmmədov idarəçiliyində “şərləmə” texnologiyası çiçəklənməkdə davam edir.

Bu günlərdə redaksiyamıza maraqlı bir məlumat daxil olub. AAYDA-nın tabeçiliyində olan yol idarələrinin birində milyonlarla yeyintiləri ört-basdır eləmək üçün Saleh Məmmədovun ənənəvi metodundan istifadə olunmağa başlayıb. Belə ki, uzun illərdir həmin qurumda çalışan sahə rəislərindən biri çalışdığı müəssisənin rəhbəri tərəfindən şərə və böhtana məruz qalıb. Həmin sahə rəisinə bildirilib ki, AAYDA-nın yüksək vəzifəli şəxsləri tərəfindən korrupsiya yolu ilə mənimsənilmiş böyük məbləğdə pullar məzlum sahə rəisi tərəfindən ödənilməlidir. Çıxılmaz vəziyyətə düşən sahə rəisi Saleh Məmmədovun qəbuluna düşərək baş verənləri onun diqqətinə çatdırmaq istəsə də, ya onu qəbul etməyiblər, ya da buna imkan verməyiblər. Onsuz da şəkər xəstəliyindən əziyyət çəkən sahə rəisinin sağlamlığında bundan sonra ciddi problemlər yaranmağa başlayıb. Çünki rəhbərlik israrla və hədə-qorxu gəlməklə mənimsənilmiş pulların ödənilmədiyi təqdirdə sahə rəisinin ciddi problemlərlə üzləşəcəyini bəyan edib. Sahə rəisinin sözlərinə görə, hətta o istəsə belə çalışdığı vəzifədə bu qədər vəsaiti mənimsəyə bilməz.
Baş verənlərlə bağlı bizə daxil olan müraciətdən sonra bir aya yaxın müddətdə AAYDA-nın rəsmilərinin heç birindən qarşı tərəf kimi münasibət öyrənə bilmədik. Araşdırmalarımız davam etdiyi və qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimiz üçün yazıda adı çəkilən yol idarəsinin və sahə rəisinin adlarını qeyd etmirik. Göründüyü kimi Saleh Məmmədov idarəçilikdə təhlükəli bir tendensiyanın əsasını qoyur. Əgər Saleh Məmmədov bu problemdən də “qalib” kimi ayrılsa, digər vəzifəli şəxslər üçün iyrənc bir ənənənin təməli qoyula bilər. Etiraf edək ki, zaman-zaman Azərbaycanda bu sayaq hadisələrin şahidi olmuşuq. Amma bu formatda və miqyasda biabırçılığa və özbaşınalığa rast gəlməmişik. Baş verənlərdə cinayət tərkibi yaradan əməllərin mövcudluğu problemi hüquqi müstəviyə daşıyır. Vətəndaşın isə 2 çıxış yolu qalır: ya Prezient İlham Əliyevə müraciət edərək kömək istəmək, bunun da nəticəsi olmadıqda intihar etmək.
Saleh Məmmədovun bu problemə əncam çəkməsi inandırıcı görünmür. Çünki, təcrübə onu göstərir ki, o, məsələlər ictimailəşib ölkə başçısının səviyyəsinə çıxandan sonra hansısa addım atmaq məcburiyyətində qalır. Bütün bunlara baxmayaraq, vətəndaşın redaksiyamıza müraciəti sonacan araşdırılacaq.
Araşdırmalarımız davam edir.
Məqalədə adı çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
P.S. Gələn yazılarımız konkret adlar və faktlarla zəngin olacaq.
Ardı var...
Stimulxəbər.az-ın araşdırma qrupu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 116
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2022    »
BEÇAÇRCACMŞəBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA